“Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Lopes komandanı tərk edir.
Yarımmüdafiəçi rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. 27 yaşlı futbolçu Azərbaycanda qalmaq istəmədiyini bildirib. Fernan hətta İspaniyaya döndükdən sonra karyerasını bitirə biləcəyini də vurğulayıb. O, son mövsümdə Azərbaycan Premyer Liqasında 16 oyunda meydana çıxıb 1 qol vurub.